DÇ-2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

DÇ-2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 16-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, tur daha iki yığma komandanın final mərhələsinə vəsiqə qazanması ilə yadda qalıb. 

Doğma divarlar arasında Paraqvaya 1:0 hesabı ilə qalib gələn Braziliya millisi mundiala vəsiqəni təmin edib. Karlo Ançelottinin baş məşqçisi olduğu “sambaçılar” qələbəni “Real Madrid”li Vinisius Juniorun vurduğu qolla qazanıb. Bununla da beşqat dünya çempionları 23-cü dəfə mundialda mübarizə aparacaqlar. Braziliya yeganə millidir ki, bütün çempionatlara qatılıb. Səfərdə Peru ilə qolsuz heç-heçə edən Ekvador yığması da DÇ-2026-nın final mərhələsində iştirakını rəsmiləşdirib.  Vəsiqəyə daha erkən sahiblənən son dünya çempionu Argentina isə Kolumbiya ilə bərabərə qalıb.

Qeyd edək ki, Cənubi Amerika zonasından mundiala 6 komanda birbaşa vəsiqə qazanır.

DÇ-2026 Seçmə mərhələ, Cənubi Amerika zonası 11 iyun

Boliviya – Çili 2:0 Argentina – Kolumbiya 1:1 Braziliya – Paraqvay 1:0 Uruqvay – Venesuela 2:0 Peru – Ekvador 0:0

DÇ-2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər