DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

Final mərhələsi 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə oyunlarının payız mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 8 oyun keçiriləcək. 

Bu görüşlər ümumilikdə 4 - G, C, H və L qruplarında baş tutacaq.

Günün mərkəzi oyununda Xorvatiya ilə Çexiya üz-üzə gələcəklər. Şotlandiya isə Yunanıstanı qonaq edəcək. 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-də növbəti seçmə oyununu səfərdə Fransaya qarşı keçirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.

DÇ-2026 Seçmə mərhələ 9 oktyabr

G qrupu

20:00. Finlandiya ­– Litva 22:45. Malta – Niderland

Xal durumu: Niderland - 10, Polşa - 10, Finlandiya - 7, Litva - 3, Malta - 2.

C qrupu

22:45. Şotlandiya – Yunanıstan 22:45. Belarus – Danimarka

Xal durumu: Danimarka - 4, Şotlandiya - 4, Yunanıstan - 3, Belarus - 0.

H qrupu

22:45. Avstriya – San Marino 22:45. Kipr – Bosniya və Herseqovina

Xal durumu: Bosniya və Herseqovina - 12, Avstriya - 12, Rumıniya - 7, Kipr - 4, San Marino - 0.

L qrupu

22:45. Çexiya – Xorvatiya 22:45. Farer adaları – Monteneqro

Xal durumu: Xorvatiya - 12, Çexiya - 12, Farer adaları - 6, Monteneqro - 6, Cəbəllüttariq - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər