DÇ-2026: Azərbaycan millisinin Fransa və İslandiya ilə oyunlar üçün heyəti açıqlandı

DÇ-2026: Azərbaycan millisinin Fransa və İslandiya ilə oyunlar üçün heyəti açıqlandı

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, yığmanın noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq. 

Komandamızın baş məşqçisi Ayxan Abbasov noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığmasına, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsinə qarşı keçiriləcək oyunlar üçün 26 nəfərlik heyəti açıqlayıb. 1. Şahrudin Məhəmmədəliyev - Qarabağ 2. Aydın Bayramov - Zirə 3. Rza Cəfərov - Neftçi 4. Səlahət Ağayev - Qəbələ 5. Anton Krivotsyuk - Daejon Hana (Cənubi Koreya) 6. Bəhlul Mustafazadə - Qarabağ 7. Elvin Bədəlov - Neftçi 8. Bədavi Hüseynov - Qarabağ 9. Rəhman Daşdəmirov - Sabah 10. Abbas Hüseynov - Qarabağ 11. Cəlal Hüseynov - Arda (Bolqarıstan) 12. Qismət Alıyev - Zirə 13. Rüfət Abbasov - Şamaxı 14. Elvin Cəfərquliyev - Qarabağ 15. Emin Mahmudov - Neftçi 16. Mustafa Əhmədzadə - Araz-Naxçıvan 17. Səbuhi Abdullazadə - Sumqayıt 18. Abdulla Xaybullayev - Sabah 19. Xəyal Əliyev - Sabah 20. Toral Bayramov - Qarabağ 21. Ceyhun Nuriyev - Zirə 22. Rüstəm Əhmədzadə - Sumqayıt 23. Anatoli Nuriyev - Sabah 24. Rüfət Abdullazadə - Varazdin (Xorvatiya) 25. Renat Dadaşov - Motor (Polşa) 26. Nəriman Axundzadə - Qarabağ

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də "Neftçi Arena"da İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər