DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulur

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulur

DÇ-2026-nın Avropa zonasında mübarizə başa çatır.

Fanat.Az xəbər verir ki, "köhnə qitə"də seçmə mərhələyə bu gün yekun vurulacaq. 

Sonuncu oyun günündə 10 matç keçiriləcək.

E qrupunda yer alan Türkiyə millisi İspaniyanın qonağı olacaq. Pley-offa vəsiqəni təmin edən "ay-ulduzlular"ın qrup lideri olması üçün səfərdə azı 7 top fərqi ilə qalib gəlməlidir ki, mundiala birbaşa vəsiqə qazanacaq.

B, C və H qruplarında da qrup liderləri üz-üzə gələcək.

DÇ-2026 Seçmə mərhələ 18 noyabr

B qrupu

23:45. İsveç - Sloveniya 23:45. Kosovo - İsveçrə

Xal durumu: İsveçrə - 13, Kosovo - 10, Sloveniya - 3, İsveç - 1

C qrupu

23:45. Şotlandiya - Danimarka 23:45. Belarus - Yunanıstan

Xal durumu: Danimarka - 11, Şotlandiya - 10, Yunanıstan - 6, Belarus - 1

E qrupu

23:45. İspaniya - Türkiyə 23:45. Bolqarıstan - Gürcüstan

Xal durumu: İspaniya - 15, Türkiyə - 12, Gürcüstan - 3, Bolqarıstan - 0

H qrupu

23:45. Avstriya - Bosniya və Herseqovina 23:45. Rumıniya - San Marino

Xal durumu: Avstriya - 18 xal, Bosniya və Herseqovina - 16, Rumıniya - 10, Kipr - 8, San Marino - 0

J qrupu

23:45. Uels - Şimali Makedoniya 23:45. Belçika - Lixtenşteyn

Xal durumu: Belçika - 15 xal, Şimali Makedoniya - 13, Uels - 13, Qazaxıstan - 8, Lixtenşteyn - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər