DÇ-2026: Argentina da uduzdu, Braziliya da

DÇ-2026: Argentina da uduzdu, Braziliya da

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində sonuncu - 18-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan 5 oyunda sürpriz nəticələr qeydə alınıb. 

Son dünya çempionu Argentina Ekvadora minimal hesabla uduzub. Braziliya da Boliviya ilə bacarmayıb. Boliviya millisi DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarında qüvvəsini sınayacaq.   Qeyd edək k, dünya çempionatı 2026-da ilk dəfə 48 yığmanın iştirakı ilə keçiriləcək. Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, Paraqvay, Ekvador, Kolumbiya, həmçinin mundialı qəbul edən Kanada, ABŞ və Meksikanın final mərhələsində oynayacağı dəqiqləşmişdi.

DÇ-2026 Seçmə mərhələ, Cənubi Amerika zonası 10 sentyabr

Ekvador - Argentina 1:0 Boliviya - Braziliya 1:0 Çili - Uruqvay 0:0 Peru - Paraqvay 0:1 Venesuela - Kolumbiya 3:6

DÇ-2026: Argentina da uduzdu, Braziliya da

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər