DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 15-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə 3 matç baş tutub.
Lionel Messili Argentina yığması Paraqvayı məğlub edərək liderliyini möhkəmləndirib.
Braziliya yığması isə Karlo Ançelottinin rəhbərliyi altında ilk oyununda Ekvadorla heç-heçə edib və 4-cü pilləyə geriləyib. Paraqvay isə Uruqvaya qalib gəlib.
DÇ-2026 Seçmə mərhələ, Cənubi Amerika zonası 6 iyun
Ekvador – Braziliya 0:0
Çili – Argentina 0:1 Qol: Alvares, 16.
Paraqvay – Uruqvay 2:0 Qollar: Qalarsa, 13. Ençiso, 81-pen.
