DÇ-2026: Almaniyanın səfər sınağı, Niderland Polşaya qarşı

DÇ-2026: Almaniyanın səfər sınağı, Niderland Polşaya qarşı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün A, G və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutacaq.

Polşa evdə Niderlandı sınağa çəkəcək.  Xorvatiya Farer adalarını qəbul edəcək, Almaniya səfərdə Lüksemburqla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İslandiya ilə görüıüb və 0:2 hesabı ilə uduzub. Ayxan Abbasovun baş məşqçisi olduğu komandamız tsikldə son oyunu 16 noyabrda Fransaya qarşı keçirəcək. 

DÇ-2026 Seçmə mərhələ 14 noyabr

A qrupu

23:45. Lüksemburq – Almaniya 23:45. Slovakiya – Şimali İrlandiya Xal durumu: Almaniya 9, Slovakiya - 9, Şimali İrlandiya - 6, Lüksemburq - 0.

G qrupu

21:00. Finlandiya – Malta 23:45. Polşa – Niderland Xal durumu: Niderland - 16, Polıa - 13, Finlandiya - 10, Litva - 3, Malta - 2.

L qrupu

23:45. Xorvatiya – Farer adaları 23:45. Cəbəllütariq – Monteneqro Xal durumu: Xorvatiya - 16, Çexiya 13, Farer adaları - 12, Monteneqro - 6, Cəbəllüttariq - 0.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər