Cavid Hüseynovun göndərdiyi Məmmədov "Səbail"i "Zirə"yə dəyişdi

Cavid Hüseynovun göndərdiyi Məmmədov "Səbail"i "Zirə"yə dəyişdi

"Səbail" klubunun sabiq baş inzibatçısı Seymur Məmmədovun işsiz günləri sona çatıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Cavid Hüseynovun gəlişindən sonra Bayıl təmsilçisindən göndərilən Məmmədov bundan sonra "Zirə" klubunda çalışacaq. 

O, bu yaxında "qartallar"ın əsas komandasından uzaqlaşdırılan Emin Mövsümovu əvəz edəcək.

Qeyd edək ki, "Səbail"də mövsümün gedişində baş məşqçi postuna təyinat alan Cavid Hüseynov Seymur Məmmədovun xidmətinə ehtiyac duymamış, onu "Cəbrayıl"da bir yerdə çalışdığı Cəmil Atayevlə əvəzləmişdi.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər