Böyükağa Hacıyev 2 oyun izləyib, mühazirə oxudu

Böyükağa Hacıyev 2 oyun izləyib, mühazirə oxudu

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaların yoxlama oyunlarını izləyib. Fanat.az xəbər verir ki, "Neftçi"nin sabiq çalışdırıcısı "Sumqayıt" - AZAL və "İnter" (əvəzedici) - "Bakı" matçlarına baxıb.

 

Klubların məşqçilər korpusu ilə də görüşən Hacıyev Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və I divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakı şəhərindəki “Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında “Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər