“Böyük oyun”da 1 qol, “Zirə” darmadağın etdi

“Böyük oyun”da 1 qol, “Zirə” darmadağın etdi
Bu gün Topaz Premyer Liqasında XXIX tura yekun vurulub. Fanat.az xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutub.
 
Son günün ilk matçında "Zirə" səfərdə "Rəvan"la qarşılaşıb. Autsayder qarşısında özünü çox rahat hiss edən debütant matçdan darmadağınla ayrılıb. Adil Şükürovun yetirmələri rəqibini 4 cavabsız qolla məğlub edib. Oyun həm də salvadorlu hücumçu Nelson Bonillanın benefesi ilə yadda qalıb. Mərkəzi amerikalı oyunçu "het-trik" edərək qollarının sayını 13-ə çatdırıb və bombardirlik yarışında vahid lider olub.
 
Turun bağlanış oyunu isə Lənkəranda baş tutub. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi” “Böyük oyun”da qüvvələrini sınayıblar. 17 turdu qələbə qazanmayan meydan sahibləri uğursuz seriyanı bu dəfə də qıra bilməyib. Matça meydan sahibləri aktiv başlasalar da, Ruslan Qurbanovun qolu ilk hissəni "Neftçi"nin xeyrinə bitməsinə səbəb oldu. İkinci yarıda isə tərəflər bir neçə dəfə cəhd etsələr də, oyunda başqa qol olmadı.
 
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXIX tur
10 aprel
Rəvan - Zirə 0:4
Qollar: Luiz Alberto Diez, 16. Nelson Bonilla, 52; 57; 90.
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena".
Xəzər Lənkəran - Neftçi 0:1
Qol: Ruslan Qurbanov, 41.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

29

20

6

3

53-18

66

2

Zirə

29

16

8

5

38-22

56

3

İnter

29

13

9

7

27-18

48

4

Kəpəz

29

12

9

8

35-30

45

5

Qəbələ

29

11

10

8

33-24

43

6

AZAL

29

11

6

12

22-28

39

7

Neftçi

29

10

8

11

28-31

38

8

Sumqayıt

29

6

11

12

30-39

29

9

Xəzər Lənkəran

29

3

5

21

12-39

14

10

Rəvan

29

3

8

18

19-48

11

Bombardirlər

Nelson Bonilla (Zirə) - 13. Ruslan Qurbanov (Neftçi) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ) - 9. Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt), Samuel Armenteros (Qarabağ), Aleksey Qay (Qəbələ) - 7.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər