"Zirə" daha bir futbolçusu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, Yovan Krneta komandada saxlanılıb.
Hazırda vətənində olan serbiyalı müdafiəçi yaxın günlərdə Bakıya gələcək və onunla bir illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Yovan Krneta ötən mövsüm keçirdiyi 30 oyunda 3 qol vurub.
Fanat.az