Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama

Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama

Hazırda Qətərin "Əl-Sədd" klubunda oynayan braziliyalı hücumçu Klaudinyo Qətəri tərk edib. 

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 

Qətər təmsilçisinin rəsmi açıqlamasında oyunçu ilə əlaqə saxlamağa davam etdikləri və onun tezliklə Dohaya qayıtmasını gözlədikləri bildirilib. 

Legionerin ölkədən getməsinin Yaxın Şərqdəki hərbi əməliyyatlarla əlaqəli olub-olmadığı məlum deyil. 

Xatırladaq ki, Fars körfəzi bölgəsində bir neçə həftədir ki, bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında müharibə gedir. Qətər Amerika hərbi düşərgəsindəki mövcudluğuna görə İranın atəşinə məruz qalıb. 

Klaudinyo bu mövsüm "Əl-Sədd"də 19 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər