Braziliya millisi, yoxsa "Mançester Yunayted"? - Ançelotti seçimini etdi

Braziliya millisi, yoxsa "Mançester Yunayted"? - Ançelotti seçimini etdi

Karlo Ançelottinin Braziliya millisindəki gələcəyi prinsipial olaraq müəyyənləşib. 

Fanat.Az xəbərverir ki, Braziliya Futbol Konfederasiyası ilə yeni müqavilə artıq razılaşdırılıb. 

"The Athletic"-in məlumatına görə, tərəflər yalnız texniki detalları həll etməlidirlər. Baxmayaraq ki, 66 yaşlı italyan mütəxəssisə İngiltərə nəhəngi "Mançester Yunayted" də təklif göndərib.  

Ancaq "Selesao" tarixində ilk əcnəbi olan Ançelotti seçimini hazırki iş yerinin xeyrinə edib. 

Braziliya onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazanıb. Final turnirinin qrup mərhələsində braziliyalılar Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaqlar. Qrup oyunları 13, 19 və 24 iyun tarixlərində keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər