"Zirə”nin hücumçusu Nelson Bonilla karyerasını Portuqaliyada davam etdirəcək. Sport7.az xəbər verir ki, məlumat artıq öz təsdiqini tapıb.
Bakılılar 1 illik sözləşməsi olan salvadorlu hücumçunun "Nasional"a keçidinə mane olmayıb. Çünki bu transfer ötən mövsümün gümüş mükafatçısının büdcəsini bir qədər artırıb.
Fanat.az sport7.a-a istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi Bonillanın keçidi üçün "Zirə"yə 100 min avro ödəyib. Klublarımızda maddi problemlərin yaşandığını nəzərə alsaq, bunu "qartallar" üçün yaxşı gəlir hesab etmək olar.
Qeyd edək ki, Bonilla ötəm mövsüm "Zirə" forması ilə 14 qola imza atıb.
Fanat.az