Boatenq "Bayern"dən rədd cavabı aldı, İspaniya nəhənginə üz tutdu

Boatenq "Bayern"dən rədd cavabı aldı, İspaniya nəhənginə üz tutdu

"Bayern Münhen" sabiq oyunçusu Jerom Boatenqin klubda məşqçilik təcrübəsi keçmək istəyini geri çevirib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb. 

Mənbənin məlumatına görə, buna Münhen komandasının fanatlarının etirazları səbəb olub. Boatenq bir neçə il əvvəl sevgilisinə qarşı məişət zorakılığında ittiham olunmuş və bununla bağlı ona cinayət işi açılmışdı. Göründüyü kimi, almanlar hələ də bu faktı unutmayıblar. Xatırladaq ki, "Bayern" müdafiəçinin karyerasının sonunda məhz bu səbəbdən yeni müqavilə imzalamaq istəməmişdi.

Boatenq artıq məşqçi təcrübəsi keçmək üçün alternativ tapıb. O, “Barselona” ilə on günlük hazırlıq kursuna qatılmağa razılaşıb. Gənc mütəxəssisə əsas komandanın məşqində iştirak etməyə, məşqçilər korpusuna yaxın olmağa və akademiyanın metodlarını müşahidə etməyə icazə verilib.

Jerom Boatenq 2011-2021-ci illərdə "Bayern"də çıxış edib. O, klubda 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib. Boatenq Almaniya millisində də 76 oyun keçirib və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər