Baş məşqçi və "Zirə"nin futbolçuları hakimləri söydü

Baş məşqçi və "Zirə"nin futbolçuları hakimləri söydü

Aşağı yaş qrupları üzrə liqaların oyunları yenə qalmaqallarla zəngin olub. Fanat.az xəbər verir ki, AFFA İntizam Komitəsi müxtəlif hadisələrə görə futbolçuları cəzalanıdırıb.

4 oyunda şakimlər təhqir olunub. Buna görə həmin futbolçular AFFA tərəfindən 4 oyunluq cəzalandırılıb: 

- U-16 Liqasının “Zirə” - “Kəpəz” matçının 80+3-cü dəqiqəsində “Zirə”nin futbolçusu Hüseyn Həsənov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

- U-16 Liqasının “Əlincə” - “Zirə” matçının 20-ci dəqiqəsində “Zirə”nin futbolçusu İsrafil Qasımov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

- U-16 Liqasının “Rəvan” - “Bakı” matçının 66-cı dəqiqəsində “Bakı”nın futbolçusu Rauf Hüseynli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

- Azərbaycan Həvəskarlar Liqasının “Cəfəri 313” - “Şuşaspor”  matçı başa çatdıqdan sonra “Şuşaspor”nun futbolçuları Əmrah Cəfərov, Süleyman Salmanov, Adəm Ağabalayev hakimi təhqir etdiklərinə görə hər bir futbolçu 4 oyun cəzalanır.

Bir oyunda futbolçular dava edib, ikisində isə rəqiblərini vurublar:

- U-14 Liqasında UGİM Qala (Şəmkir) - Qoşqar UGİM-2 (Gəncə) matçının 77-ci dəqiqəsində UGİM Qala klubunun futbolçusu Nazim Rəhimov və Qoşqar UGİM-2 klubunun futbolçusu Orxan Məmmədov bir-birini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır.

UGİM Qala klubunun baş məşqçisi Elşad Mirzəyev hakimlər briqadasını təhqir etdiyinə görə isə 5 oyunluq cəzalanır.

- U-16 Liqasında “Fortuna” (Səbail) - “Qəbələ” matçının 52-ci dəqiqəsində “Fortuna”nın  futbolçusu Vidadi Cəfərov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

- U-15 Liqasının “Bakı” - “Ağsu” matçının 13-cü dəqiqəsində “Bakı”nın futbolçusu Mikayıl Kərimli rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər