"Baku Sportinq" əvvəlki çempionat oyunlarında uduzsa da..." - "Gəncəbasar"ın müdafiəçisi

"Baku Sportinq" əvvəlki çempionat oyunlarında uduzsa da..." -  "Gəncəbasar"ın müdafiəçisi
1-ci Liqa təmsilçisi "Gəncəbasar" çempionatın 4-cü turunda "Baku Sportinq"i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq matç ərəfəsində meydan sahiblərinin müdafiəçisi Süleyman Əhmədov ilə əlaqə saxlayıb autsayderlə görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin bizim üçün çox faydalı olacağını düşünürəm. Yoxlama oyunları keçirdik, çatışmayan cəhətlərimiz üzərində işlədik.
"Baku Sportinq" əvvəlki çempionat oyunlarında uduzsa da, hazırda turnir cədvəlinin son pilləsində olsa da, çox yaxşı heyəti var. Oyunun çətin olacağını düşünürəm. Matça yaxşı hazırlaşırıq. Bu qarşılaşmada da qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Gəncəbasar" - "Baku Sportinq" oyunu oktyabrın 10-da keçiriləcək. Görüşün start fiti 15:30-da səsləndiriləcək. İlk 3 turda maksimum nəticə qazanan Gəncə komandası turnir cədvəlinin iki liderindən biridir.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər