Azərbaycanda nazirə yeni vəzifə verildi

Azərbaycanda nazirə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib.

Fanat.Az ölkə.az-a istinadən verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov federasiyanın sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Cabbarov Azad Vaqif oğlu 1981-ci il 14 apreldə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə "Naxçıvan" Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər