Azərbaycan millisinin heyətində itki

Azərbaycan millisinin heyətində itki

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə matça itki ilə çıxacaq.

Fanat.Az xəbər verir ki, Rüstəm Əhmədzadə komandaya kömək edə bilməyəcək. 

Ötən gün İslandiya ilə oyunda (0:2) sarı vərəqə alan hücumçu cəzalı duruma düşüb.

Əvəzində, İslandiya ilə görüşü cəza səbəbindən buraxan Şahruddin Məhəmmədəliyev artıq Ayxan Abbasovun sərəncamında olacaq.

Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-sı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər