Azərbaycan millisinin futbolçusu: "İslandiya yığmasını yaxşı təhlil etmişik"

Azərbaycan millisinin futbolçusu: "İslandiya yığmasını yaxşı təhlil etmişik"

Azərbaycan millisi İslandiyanı yaxşı təhlil edib.

Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk mətbuat konfransında deyib.

Müdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini Azərbaycan dilində bölüşüb:

"Rəqibimizi yaxşı təhlil etmişik. İslandiyanın heyətində güclü futbolçular yer alıb. Bizi çətin oyun gözləyir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər