Azərbaycan millisi dünya çempionatına inamlı qələbə ilə başladı

Azərbaycan millisi dünya çempionatına inamlı qələbə ilə başladı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yarışan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda açılış oyununda evdə Şimali Makedoniya ilə üz-üzə gəlib.

Mərdəkanda "Liv Bona Dea Arena"da baş tutan oyun millimizin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 28 və 77-ci dəqiqələrdə millinin kapitanı Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Dünya Çempionatı C Liqası, 3-cü qrup 3 mart

Azərbaycan – Şimali Makedoniya 2:0 Qollar: Sevinc Cəfərzadə, 28; 77.

Hakimlər: Anna Adamskaya, Yulia Bukaroviç, Angelika Novak, Mixalina Dyakov. Mərdəkan. "Liv Bona Dea Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər