Azərbaycan millisi bu gün Avropa Çempionatındakı rəqiblərini tanıyacaq

Azərbaycan millisi bu gün Avropa Çempionatındakı rəqiblərini tanıyacaq

Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatının final mərhələsininin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək püşkatma mərasimində Azərbaycan millisi də rəqiblərini tanıyacaq.

Komandamız püşkatma zamanı birinci səbətdə yer alacaq. 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

Minifutbol üzrə Avropa çempionatı

I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər