Azərbaycan - İslandiya oyunu monteneqrolu hakimə tapşırıldı

Azərbaycan - İslandiya oyunu monteneqrolu hakimə tapşırıldı

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Neftçi Arena"da təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.

Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər