Azərbaycan çempionatında son 13 ilin rekordu qeydə alındı

Azərbaycan çempionatında son 13 ilin rekordu qeydə alındı

"Kəpəz" klubu Azərbaycan çempionatında son 13 ilin rekorduna imza atıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heç-heçəsiz oyunlar seriyası qırılıb.

"Sarı-göylər" son olaraq Misli Premyer Liqasının XIX turunda "İmişli" ilə bərabərə qalıb - 0:0.

"Kəpəz" ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də "Neftçi" ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-2013-cü illərə təsadüf edib. Həmin vaxt "Rəvan" 25 görüşdə "sülh"süz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-1998-ci illər aralığında 51 oyunu heç-heçəsiz bitən "Şəfa"ya məxsusdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər