Avropa Liqası: "Zirə" Tiraspolda qələbə qazandı

Avropa Liqası: "Zirə" Tiraspolda qələbə qazandı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də qitə turniri çərçivəsində oyuna çıxıb.

Bu avrokubok mövsümündə "cığıraçan" rolunu oynayan Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Şerif"in qonağı olub. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Oyunu isveçrəli Alessandro Dudiç idarə edib. Qarşılaşmanın sonlarında qol vuran "qartallar" Tiraspoldan qələbə ilə ayrılmağı bacarıblar.

Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasındakı cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.

UEFA Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun 11 iyul

Şerif (Moldova) - Zirə (Azərbaycan) 0:1 (2-ci hissə)

Qol: Volkov, 88 Hakim: Alessandro Dudiç (İsveçrə) Tiraspol. "Şerif" İdman Kompleksi. 

"Şerif": 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade

Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər