Avropa çempionatı: Azərbaycan millisi qrupda ikinci sınağına çıxır

Avropa çempionatı: Azərbaycan millisi qrupda ikinci sınağına çıxır

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, 13-cü qrupunda yer alan komandamız ikinci oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunda qazaxıstanlı referi Sayat Karabayevin rəhbərlik etdiyi hakimlər iş başında olacaqlar.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına 1:6 hesabı ilə uduzub. 

Avropa çempionatı 13-cü qrup 15 noyabr

17:30. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19) Baş hakim: Sayat Karabayev (Qazaxıstan).  Ta Qali. "Sentenari" stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər