Argentina futbolunda qalmaqal: Rəqibinə arxa çevirən komandaya şok cəza verildi

Argentina futbolunda qalmaqal: Rəqibinə arxa çevirən komandaya şok cəza verildi

Argentina futbolunda qalmaqal yaşanır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Ataque Futbolero" yayıb.

Mənbənin məlumatına görə, buna səbəb Cənubi Amerika təmsilçisində qəfil reqlament dəyişikliyi olub.

Müntəzəm mövsüm başa çatdıqdan sonra reqlament dəyişdirilib və məlum olub ki, çempion "Klausura"nı qazanan "Boka Xuniors" deyil, Argentina çempionatında "Apertura" və "Klausura" mərhələlərinin cəminə görə daha çox xal toplayan "Rosario Sentral"dır. Argentina Futbol Federasiyası Anxel di Marianın forma geyindiyi komandanı qalib elan edib.

Buna nümayişkaranə şəkildə etiraz edən "Estudiantes" ağır cəzalandırılıb. Belə ki, sözügedən komanda reqlamentdəki gözlənilməz dəyişikliklər sayəsində ölkə çempionu olan "Rosario Sentral" üçün fəxri dəhliz təşkil edərkən, rəqiblərinə arxa çeviriblər. AFA futbolçularının etirazına cavab olaraq "Estudiantes"in cəzalandırılması barədə qərar qəbul edib. Klub prezidenti, keçmiş futbol ulduzu Xuan Sebastyan Veron altı ay müddətinə diskvalifikasiya edilib. Oyunçular isə növbəti mövsümün ilk iki matçı üçün cəza alıblar. Komandanın lideri Santyaqo Nunyes isə üç ay müddətinə kapitanlıqdan məhrum edilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər