"Zirə" daha bir futbolçusu ilə müqavilənin müddətini yeniləyib. Sport7.az xəbər verir ki, söhbət komandanın qapıçısı Anar Nəzirovdan gedir.
Qolkiperin başa çatan mövsümdəki çıxışı məşqçilər korpusunu razı salıb. Buna görə də onunla sözləşmənin müddəti daha 1 il artılıb. Bu barədə məlumatı saytımıza Nəzirovun özü deyib. Onun sözlərinə görə, təcrübəli qapıçıya digər klublardan da təkliflər olub. Ancaq o, seçimini gümüş medal qazandığı komandadan yana edib.
Qeyd edək ki, Nəzirov "Zirə"yə ötən mövsümün əvvəlində "Qəbələ"dən keçib.
Fanat.az