Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bu gün və sabah keçiriləcək cavab görüşlərinə hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu gün baş tutacaq "Qarabağ" - "Şamaxı" oyununda baş hakim Fərid Hacıyev olacaq.
Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsi, cavab oyunları 4 mart
19:00. "Qarabağ" – "Şamaxı" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov. VAR: İnqilab Məmmədov, Teymur Teymurov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Tofiq Bəhramov adına Respublika stadionu.
5 mart
14:30. "Kəpəz" – "Turan Tovuz" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov. VAR: Kamranbəy Rəhimov, Akif Əmirəli. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Anar Şixəliyev. Yevlax şəhər stadionu.
18:00. "Qəbələ" – "Sabah" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Kamal Umudlu, Elvin Bayramov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Qəbələ şəhər stadionu.