Adil Şükürov "Səbail" ilə anlaşdı - RƏSMİ

Adil Şükürov "Səbail" ilə anlaşdı - RƏSMİ

 

Azərbaycan I Liqasında çıxış edən "Səbail" baş məşqçi Adil Şükürovla anlaşıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.

A.Şükürov son olaraq "Kəpəz" klubunu çalışdırıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər