A Seriyasında ayın ən yaxşısı bilindi

A Seriyasında ayın ən yaxşısı bilindi

İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb. 

Azarkeşlərin onlayn səsverməsi və statistik göstəricilər əsasında qalib “Roma”nın hücumçusu Donyel Malen olub.

26 yaşlı hücumçu digər namizədlər Domeniko Berardi (“Sassuolo”), Marko Karnesekki (“Atalanta”), Federiko Dimarko (“İnter”), Moyze Kin (“Fiorentina”) və Ueston Makkennini (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, paytaxt klubu niderlandlı hücumçunu bu qış “Aston Villa”dan icarəyə götürüb. O, yeni komandasında çıxdığı ilk 7 oyunda 6 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər