"Zirə"də 3 problem

"Zirə"də 3 problem

"Zirə"nin heyətində itkilər var. Fanat.az xəbər verir ki, ötən gün "Xəzər Lənkəran"la oyunda daha bir futbolçu zədələnib.

Belə ki, start heyətində yer alan və 16-cı dəqiqədə hesabı açan Yovan Krneta ilk yarının sonlarında zədələnib. Onu 45-ci dəqiqədə Sadiq Quliyev əvəzləyib. Əzələsi dartılan futbolçunun növbəti turda meydana çıxıb-çıxmayacağı bilinmir.

XXI turun "Rəvan"la oyununda zədələnən və 14-cü dəqiqədə Təmkin Xəlilzadə tərəfindən əvəzlənən Elvin Məmmədov hələ də sağalmayıb. Onun növbəti turda "Neftçi"yə qarşı oynamayacağı dəqiqdi.

Ötən ilin 20 dekabrında AZAL-la keçirilən oyunda ağır zədə alan Dieqo Souza hələ uzun müddət meydandan kənarda qalacaq. Braziliyalı futbolçu hələlik bərpa prosesi keçir və fərdi məşqlərə nə vaxt başlayacağı dəqiq bilinmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər