"Zirə"dən daha bir transfer - FOTO

"Zirə"dən daha bir transfer - FOTO
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, braziliyalı Eduardo da Konseysao Masiel karyerasını Premyer Liqanın debütantında davam etdirəcək. 
Azad agent kimi “Zirə”yə keçən Edu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Alaqona” klubunda karyerasına başlayan  28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edunun zəngin legioner həyatı da var. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm o ölkəmizdə AZAL-ın heyətində yer alıb.
"Zirə"dən daha bir transfer - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər