1-ci Liqa: "Səbail" "Mingəçevir"i "öz silahı" ilə vurdu

1-ci Liqa: "Səbail" "Mingəçevir"i "öz silahı" ilə vurdu

Azərbaycan I Liqasında XVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə daha 3 matç keçirilib.

Turun mərkəzi qarşılaşmasında "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gəliblər. Prinsipial qarşılaşmadan bakılılar qalib ayrılıblar. Matçda yeganə qolu bölgə təmsilçisindən ayrılaraq "Səbail"ə keçən Qurban Səfərov vurub. Beləliklə, "dənizçilər" 3-cü yerə yüksəliblər.    Digər oyunlara gəlincə, "Şahdağ Qusar" Şamaxıda MOİK ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib.

Ağsuda "Difai"nin qonağı olan liderin ən yaxın izləyicisi "Baku Sportinq" isə səfərdə 3 xalı 3 qolla əldə edib. 

Turun açılış oyununda "Şəfa" "Şimal"ı 2:0 hesabı ilə məğlub edib.

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası XVIII tur 12 mart 

“Şahdağ Qusar” – MOİK 1:1 Qollar: E.Veysov, 40. S.Fərəcov, 90+4-pen. 

“Difai” – “Baku Sportinq” 1:3 Qollar: K.Kampa, 43-pen. - X.Məmmədli, 15. E.Tağıyev, 50. P. Enrike, 52-pen. 

“Mingəçevir” – “Səbail” 0:1 Qol: Q.Səfərov, 45. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər