"Zirə"nin rəqibləri dəyişdi

"Zirə"nin rəqibləri dəyişdi

Antalyada təlim-məşq toplanışında olan "Zirə”nin hazırlıq planında dəyişiklik olub.

 

 

Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda əvvəlcədən nəzərdə tutulduğu iki hazırlıq oyununu keçirməyəcək.

 

Belə ki, yanvarın 23-də "Vorlska” (Ukrayna), 26-da isə "Şkupi”yə (Makedoniya) qarşı nəzərdə tutulan sınaq matçları, müvafiq olaraq ayın 22-də "Paksi” (Macarıstan) və 4 gün sonra isə "Tambov”a (Rusiya) dəyişdirilib.

 

Matçların keçirilmə saatı və məkanı ilə bağlı ətraflı məlumat veriləcək.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər