“Zirə”nin futbolçusu Zambiya üzərində qələbəyə sevindi

“Zirə”nin futbolçusu Zambiya üzərində qələbəyə sevindi

“Zirə”nin yarımmüdafiəçisi İssa Cibrielanın şərəfini qoruduğu Niger millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, sözügedən komanda doğma meydanda Zambiyanı 2:1 hesabı ilə məğlub edib.

İssa da bu oyunun iştirakçısı olub. 74 dəqiqə meydanda olan yarımmüdafiəçi komandasının ikinci qolu zamanı assist müəllifi olub. O, ikinci hissədə sarı vərəqə də alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər