"Zirehli avtobus tapmaq variantımız yoxdur" - Qrosso sərt tədbirlər görülməsini istəyir

"Zirehli avtobus tapmaq variantımız yoxdur" - Qrosso sərt tədbirlər görülməsini istəyir

"Olimpik Lion"un baş məşqçisi Fabio Qrosso "Olimpik Marsel" fanatlarının hücumundan danışıb. 

Fanat.Az xəbər verir ki, "ITASportPress" onun dediklərini belə çatdırıb:

"Olimpik Marsel"ə və onun azarkeşlərinə qarşı deyiləm, amma zirehli avtobus tapmaq variantımız yoxdur. Xuliqanlara qarşı sərt qərarlar qəbul edilməlidir. Belə olmasa, bunu yenidən edəcəklər”.

Liqa 1-in 10-cu turu çərçivəsində keçirilməli olan "Olimpik Marsel" - "Olimpik Lion" matçı yerli fanatlar qonaq komandanın avtobusunu daşqalaq etdikləri üçün təxirə salınmışdı. Hadisə nəticəsində Qrosso ciddi xəsarətlər - üz nahiyəsindən kəsik yaraları almışdı. Artıq həmin görüşün dekabrın 6-da keçiriləcəyi açıqlanıb.

Oxşar hadisə 2019-cu ildə də yaşanmışdı. Həmin vaxt da "Marsel" tərəfdarları eyni komandanın avtobusuna hücum çəkmişdilər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər