"Zirə"dən Super Liqa təmsilçisi ilə heç-heçə

"Zirə"dən Super Liqa təmsilçisi ilə heç-heçə

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb. 

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Superliqasında mübarizə aparır.

“Zirə” Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil. Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər