"Zirə"dən ayrıldı, Birinci Liqa klubuna keçdi

"Zirə"dən ayrıldı, Birinci Liqa klubuna keçdi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi bu yay "Zirə"dən ayrılan Mirsayib Abbasovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 30 yaşlı hücumçu daha öncə "Keşlə" (indiki "Şamaxı") və "Səbail" klublarında oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər