“Zirə”də 8-ci, Premyer Liqada 6-cı

“Zirə”də 8-ci, Premyer Liqada 6-cı

"Zirə”nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.

 

Fanat.Az xəbər verir ki, "qartallar”ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb. Azərbaycan Premyer Liqasının 11-ci turunun "Neftçi” ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik Çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub.

"Zirə”nin 8-ci km stadionundakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi, yalnız 4 futbolçudan geri qalır.Bunlar Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdir (9).

Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını "Zirə”də davam etdirənlər arasında 1-ci pillədədir. Vüsal qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, "Zirə”nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib.

Hazırda yalnız Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.

Yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla 64 dəfə "Zirə” forması ilə meydana çıxıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər