"Zirə" yanvarda göndərdiyi futbolçunu geri qaytardı

"Zirə" yanvarda göndərdiyi futbolçunu geri qaytardı

“Zirə” qış fasiləsində yollarını ayırdığı Nemanya Andelkoviçi yenidən geri qaytarıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı müdafiəçi mövsümün sonuna kimi "qartallar"ın heyətində çıxışını davam etdirəcək. 

Qeyd edək ki, yanvarın sonunda 25 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulduğu açıqlanmışdı.

Xatırladaq ki, Andelkoviç 2021-ci ilin yanvarında “Zirə”yə transfer olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər