"Zirə" Serbiyanın elita təmsilçisini uddu

"Zirə" Serbiyanın elita təmsilçisini uddu

Antalyada təlim-məşq toplanışını davam etdirən "Zirə” bu gün daha bir yoxlama oyunu keçirib.

 

Fanat.Az xəbər verir ki, "qartallar” Serbiyanın elita təmsilçisi "Napredak”la qarşılaşıb.

Riçard Qadze və David Volkovun qolları ilə Azərbaycan komandasına qələbə qazandırıb. "Qəbələ"dən gələn David Volkov "Zirə"nin formasıyla ilk qoluna imza atıb.

Qeyd edək ki, ilk sınaq qarşılaşmasında"Ümraniyespor"a yenilən (0:3) "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0.

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər