“Zirə” Rəşad Sadıqovla müqavilə yenilədi

“Zirə” Rəşad Sadıqovla müqavilə yenilədi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb. 

Bildirilib ki, 41 yaşlı məşqçi başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb. Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər