"Zirə" - "Keşlə": yenə heç-heçə?

"Zirə" - "Keşlə": yenə heç-heçə?
Topaz Premyer Liqasının II turunda "Zirə" "Keşlə"ni qəbul edəcək.
Fanat.Az xəbər verir ki, bu komandalar arasında çempionatda 13-cü oyun olacaq. İndiyədək baş tutan qarşılaşmalarda əsasən heç-heçə qeydə alınıb. Belə ki, 7 görüşdə komandalar meydanı "sülh"lə tərk edib. 2 dəfə "Zirə", 3 dəfə "Keşlə" qələbəyə sevinib. Top fərqində də "Keşlə"nin cüzü üstünlüyü var - 11:10.
Son iki qarşılaşmada "Keşlə” eyni - 2:1 hesabı ilə qalib gəlib. "Zirə” meydanı qolsuz tərk etmədiyi ardıcıl 8 oyunun hərəsində 1 dəfə fərqlənib.

24.08.2015

Zirə (Bakı) - İnter (Bakı)

0:0

31.10.2015

İnter (Bakı) - Zirə (Bakı)

0:0

31.01.2016

Zirə (Bakı) - İnter (Bakı)

2:1

20.05.2016

İnter (Bakı) - Zirə (Bakı)

1:0

30.09.2016

İnter (Bakı) - Zirə (Bakı)

1:1

28.11.2016

Zirə (Bakı) - İnter (Bakı)

1:1

18.02.2017

İnter (Bakı) - Zirə (Bakı)

1:1

10.04.2017

Zirə (Bakı) - İnter (Bakı)

1:1

23.09.2017

Zirə (Bakı) - İnter (Bakı)

1:1

18.11.2017

Keşlə (Bakı) - Zirə (Bakı)

0:1

04.03.2018

Zirə (Bakı) - Keşlə (Bakı)

1:2

21.04.2018

Keşlə (Bakı) - Zirə (Bakı)

2:1

Qeyd edək ki, ilk turun "Qarabağ"la oyunu təxirə salındığından "Zirə" mövsümün ilk matçına çıxacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər