"Zirə" ilk yarıda zəif idi" - Roderik Miller

"Zirə" ilk yarıda zəif idi" - Roderik Miller

Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüşdə qalibi müəyyənləşib - 1:1. Matçın ardından qonaq komandanın müdafiəçisi Roderik Millerlə söhbətləşdik.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- Oyunla bağlı təsuratlarınız necədir? - Çox vacib oyun idi. İlk hissədə "Zirə" zəif idi. Birinci yarıda oyuna nəzarət edə bildik. Bir sıra qol epizodları yaratdıq, amma sonda qələbə qazana bilmədik.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? - Özümü çox rahat hiss edirdim. Meydan bir az qeyri-sabit idi. “Zirə” çox az hücum etdi. Oyuna yüz faiz nəzarət etməliydik.

- Növbəti oyun "Araz - Naxçıvan"a qarşıdır. Bu oyun haqda fikirləriniz necədir ?  - "Araz-Naxçıvan" pis  dönəmdədir. Bu gün yenə məğlub oldu. Onlara qalib gəlmək asan olmayacaq. Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün onları məğlub etməliyik. Düşünürəm ki, yaxşı oyun olacaq.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər