"Zirə" haitili hücumçusu ilə yollarını ayırdı

"Zirə" haitili hücumçusu ilə yollarını ayırdı
"Zirə" klubu futbolçusu Soni Norde ilə yollarını ayırıb. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Zirə” 31 yaşlı forvarda gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Soni Norde kluba 2019-cu ilin yayında cəlb olunmuşdu. Həmin vaxt onunla bir illik müqavilə bağlanılmışdı. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər