Vinisius Junior şəxsi həyatı ilə gündəmdə - Sevgilisi xəyanətə görə onu tərk etdi

Vinisius Junior şəxsi həyatı ilə gündəmdə - Sevgilisi xəyanətə görə onu tərk etdi

"Real Madrid"in cinah hücumçusu Vinisius Juniorun şəxsi həyatındakı problemlər gündəmi zəbt edən mövzularındandır.

Fanat.Az xəbər verir ki, braziliyalı futbolçunun sevgilisi Virciniya Fonseka ilə münasibətləri xəyanət iddiaları səbəbindən bitib.

“Choquei” portalının yaydığı məlumata görə, Fonseka Vininin başqa qadınlarla yazışmalarını tutduqdan sonra onunla yollarını ayırıb. Hadisə Braziliya mediasında böyük rezonans doğurub və sosial mediada geniş müzakirələrə səbəb olub.

Mənbələr bildirir ki, Fonseka artıq Vinisiusla bütün əlaqələrini kəsib və onu sosial şəbəkələrdə izləmədən çıxarıb. Futbolçunun isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama vermədiyi deyilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər