Ueyn Runi Salahı tənqid etdi - "Ona başa salmalıdırlar ki..."

Ueyn Runi Salahı tənqid etdi - "Ona başa salmalıdırlar ki..."

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi "Liverpul"un misirli hücumçusu Məhəmməd Salahı son matçlardakı çıxışına görə tənqid edib. 

Fanat.Az xəbər verir ki, əfsanəvi veteran forvard "Daily Mail"-ə açıqlamasında misirli oyunçunun son bir həftə ərzindəki oyunlarda özünə bənzəmədiyini deyib: 

"Salah müdafiəyə töhfə vermir. Halbuki "Çelsi" ilə son Premyer Liqa matçında "Liverpul"un müdafiəçisi sözün əsl mənasında əziyyət çəkirdi. Salah isə sadəcə olanları izləyirdi. Paltardəyişmə otağının liderləri Van Deyk və Alisson Məhəmmədə belə anlarda müdafiəyə kömək etməli olduğunu başa salmalıdırlar. Bu, çox narahatedici məqamdır". 

Xatırladaq ki, Məhəmməd Salah bu mövsüm İngiltərə çempionatında 7 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər