UEFA-nın yeni qaydası futbol ictimaiyyətini iki yerə böldü

UEFA-nın yeni qaydası futbol ictimaiyyətini iki yerə böldü

UEFA hazırda futbol qaydalarında köklü dəyişiklik edə biləcək yeni bir təklif üzərində çalışır.

Fanat.Az xəbər verir ki, iddialara görə, əgər qapıçı penalti zərbəsini dəf edərsə, oyun davam etməyəcək və qapıdan zərbə təyin olunacaq.

Bu ideya futbol ictimaiyyətində böyük müzakirələr doğurub. Hazırkı qaydalara görə, qapıçı penalti dəf etdikdə və ya top dirəyə dəyib qayıtdıqda epizod davam edir və hücumçu əlavə qolu vurmaq şansı əldə edir. Yeni qayda qəbul olunsa, həmin fürsət ortadan qalxacaq.

UEFA mənbələrinin bildirdiyinə görə, bu addım penaltilərdə ədaləti artırmaq və qapıçıların üstünlüyünü daha da ön plana çıxarmaq məqsədi daşıyır. Qaydanın tətbiqi ilə bağlı hələ rəsmi qərar verilməyib, lakin yaxın aylarda test mərhələsində sınaqdan keçirilməsi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər