UEFA-nın sisteminə rəqib gəlir – Super Liqadan yeni turnir modeli

UEFA-nın sisteminə rəqib gəlir – Super Liqadan yeni turnir modeli

Avropa Super Liqası təşəbbüs qrupunun nümayəndələri UEFA-nın mövcud sisteminə alternativ olacaq yeni Çempionlar Liqası formatı üzərində işləyirlər.

Fanat.Az xəbər verir ki, yeni sistemin məqsədi həm turnirin maraqlılığını artırmaq, həm də azarkeşlər üçün daha ədalətli və izlənilə bilən model təqdim etməkdir.

Yeni formatın detalları belədir:

  • Turnirdə 36 komanda iştirak edəcək.
  • Bu komandalar UEFA klub xallarına əsasən iki qrupa bölünəcək:
    • 1-ci qrupda UEFA xal cədvəlində yüksək olan komandalar,
    • 2-ci qrupda isə nisbətən aşağı xallı komandalar yer alacaq.
  • 1-ci qrupda ilk 8 yeri tutan komandalar birbaşa 1/8 final mərhələsinə yüksələcək.
  • Qrupda növbəti 8 komanda ilə 2-ci qrupun ilk 8 komandası arasında play-off mərhələsi keçiriləcək. Bu mərhələnin qalibləri də 1/8 finala vəsiqə qazanacaqlar.

Həmçinin yayım sistemi də dəyişəcək:

  • Oyunlar pulsuz, lakin reklamlı platforma üzərindən yayımlanacaq.
  • Azarkeşlər reklam izləmək istəmədikləri halda premium abunəlik alaraq oyunları reklamsız izləyə biləcəklər.

Yeni təklif futbol ictimaiyyətində böyük maraq doğurub. Bəzi ekspertlər bu sistemin böyük komandaların üstünlüyünü artıracağına inanır, digərləri isə daha balanslı və azarkeş dostu format olacağını düşünür.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər